Komandasının məğlubiyyətinə pul qoyan baş məşqçi cəzalandı

15:34 10 Noyabr 2016

İngiltərə Futbol Federasiyası “Frome Taun” klubunun baş məşqçisi Nik Bunyardı ağır cəzalandırıb.


Sportarena.az xəbər verir ki, buna səbəb gənc mütəxəssisin öz komandasının məğlubiyyətinə pul qoyuluşu etməsi olub.


Ümumilikdə 97, klubunun əleyhinə 45 dəfə mərc oyunlarında pul yatıran çalışdırıcı ölkə futbol qurumu tərəfindən üçillik idman fəaliyyətindən kənarlaşdırılıb.


O, həm də qarşıdakı üç il ərzində heç bir klubda çalışa bilməyəcək. Bununla yanaşı, federasiya ona 3 min funt sterlinq pul cəriməsi də kəsib.


Digər xəbərlər

Xəbər xətti