"Neftçi" yoxlama oyunu keçirəcək

15:58 10 Noyabr 2016

Milli komandaların oyunu ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Neftçi" yoxlama oyunu keçirəcək.
 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın  rəqibi əvəzedicilərdən ibarət komanda olacaq. Məlumata görə, görüş sabah keçiriləcək. 

 
Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasının növbəti turunda "Sumqayıt”la qarşılaşacaq.


Xəbər xətti