"Barselona" "Yuventus"un futbolçusunu transfer edir

16:16 10 Noyabr 2016

"Yuventus"un isveçrəli müdafiəçisi Stefan Lixtştayner "Barselona"ya transfer oluna bilər. 


Sportarena.az xəbər verir ki, İspaniya klubu komandadan ayrılacağı gözlənilən Aleş Vidalın yerinə 32 yaşlı S.Lixtştayneri transfer etmək istəyir. Məlumata görə, tərəflər arasında danışıqlara start verilib.
 


Qeyd edək ki, 2011-ci ildə "Latsio"dan "Yuventus"a transfer olunan müdafiəçi bu müddət ərzində "qoca sinyora"nın heyətində 188 oyun keçirib və 16 qol vurub.


Digər xəbərlər

Xəbər xətti