Şimali İrlandiya millisinin futbolçusu: "Azərbaycana qalib gəlsək, hədəfə çatacağıq"

17:11 10 Noyabr 2016

“Azərbaycan millisini yaxşı tanıyırıq. Çünki yaxın keçmişdə onlarla seçmə mərhələ matçında üz-üzə gəlmişik”. 


Sportarena.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının müdafiəçisi Conni Evans deyib.

 
Şimali İrlandiya sabah DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək. Oyunla bağlı fikirlərini bildirən 28 yaşlı futbolçu meydana qələbə üçün çıxacaqlarını söyləyib.

 
Sabiq “Mançester Yunayted”li oyunçu yerli mətbuata açıqlamasında qalib gələcəkləri təqdirdə, hədəflərinə çatacaqlarını vurğulayıb: “Baş məşqçimiz Maykl Onil seçmə mərhələ başlayanda ilk 4 turda 7 xal toplamağı qarşımıza məqsəd qoymuşdu. Azərbaycan üzərində qələbə qazana bilsək, ilkin hədəfə çatmış olacağıq. Bu səbəbdən sabah evdə keçirəcəyimiz görüş bizim üçün çox önəmlidi. Ümid edirəm ki, baxımlı futbol oynayıb, doğma azarkeşlərimiz önündə 3 xal qazanarıq”.

 
Qeyd edək ki, Belfast şəhərində baş tutacaq Şimali İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.(apasport.az)


Xəbər xətti