Stiven Devis: "Azərbaycan millisi əks-hücumda çox təhlükəlidir"

18:15 10 Noyabr 2016

"Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Görüşün nəticəsi qrupdakı gələcək taleyimizi müəyyənləşdirəcək". 


Sportarena.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib. 


31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Müdafiəyə daha çox fikir verirlər, rəqib əks-hücumda çox təhlükəlidir. Heyətlərində güclü futbolçular var".


Evansın fikrincə, sabahkı görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər. O, ev oyunularında maksimum xal toplamağa çalışdıqlarını da söyləyib. 


Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Uindsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq


Digər xəbərlər

Xəbər xətti