Mançini Çin klubunun təklifini rədd etdi

21:07 10 Noyabr 2016

"İnter"in sabiq baş məşqçisi Roberto Mançini Çinin "Şanxay Şenxua" klubunun təklifini rədd edib.


Bu barədə İtaliya mətbuatı xəbər yayıb.


Qreqorio Mansanonun istefasından sonra Çin klubu Mançiniyə təklif göndərib. O isə Çində işləmək fikrində olmadığını deyib.


Qeyd edək ki, Mançini İngiltərə millisinin baş məşqçi vəzifəsinə ən real namizədlərdəndir.


Xəbər xətti