Ronaldo Fernandu Santuşa səs verəcək

21:29 10 Noyabr 2016

Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo FİFA-nın ilin ən yaxşı məşqçisi mükafatında kimə səs verəcəyini açıqlayıb.

O, yığmadakı baş məşqçisi Fernandu Santuşu bu ilin ən yaxşı məşqçisi hesab edib:

"Hən Santuş, həm də Zidan bu il yaxşı işlər gördülər. Mənə seçim etmək çətin olacaq. Amma millinin kapitanı kimi Fernandu Santuşa səsimi verəcəm. Fikrimcə, Portuqaliya üçün "Avro-2016"nın qalibi olmaq çətin idi. Zidan "Real"la Çempionlar Liqasının kubokunu qazandı. Ancaq Portuqaliya indiyə kimi bu cür turnirlərdə qalib olmamışdı. Hər iki məşqçi ilə yaxşı münasibətim var. Mənim yerimdə kim olsaydı, bu qərarı verərdi".


Digər xəbərlər

Xəbər xətti