"Qəbələ" 3 gündən sonra yenidən başladı

22:46 10 Noyabr 2016

"Qəbələ" hazırlıqlara start verib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan Premyer Liqasının XI turunun noyabrın 6-da keçirilən AZAL-la səfər oyunundan (0:0) sonra 3 günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib.

Günün ikinci yarısında keçirilən məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Məşqdə yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Baş məşqçi Roman Qriqorçukun növbəti məşqini sabah günün ilk yarısında gerçəkləşdirəcək.

Xatırladaq ki, “Qəbələ” növbəti oyununu noyabrın 19-da evdə “Zirə”yə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti