"Barselona"ya "yox" cavabı vermək çox çətin idi"

23:31 10 Noyabr 2016

“Borussiya”nın futbolçusu Rafael Querreyro Fransa mətbuatına açıqlama verib.

 22 yaşlı futbolçu yayda “Borussiya”ya keçməzdən əvvəl “Barselona”dan təklif aldığını açıqlayıb.

“Canal+”a danışan futbolçu “Barselona”nı yox, “Borussiya”nı seçməsinin səbəbini izah edib: “Bir neçə klubdan təklif almışdım. Ancaq ən yaxşı inkişaf edə biləcəyim yer “Borussiya” idi. Hələ çox gəncəm və düşünürəm ki, daha yüksək səviyyədə olmaq üçün bacardığım qədər çox oynamalıyam. “Barselona”ya “yox” cavabı vermək çox çətin idi. Ancaq Bundesliqaya getmək üçün “Barselona”nın təklifini qəbul etmədim”.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü “Borussiya”nın heyətində 6 oyun keçirib və 2 qol vurmağı bacarıb.


Xəbər xətti