Rahid Əmirquliyev: "Bizim komanda əvvəlki deyil, xeyli dəyişib"

01:11 11 Noyabr 2016

Bu gün Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçı keçiriləcək. Yığmamızın yarımmüdafiəçisi Rahid Əmirquliyev qarşılaşmanın baş tutacağı «Windsor Park» stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib: 

"Hamını salamlayıram. Sabah necə komandaya qarşı oynayacağımız hamıya məlumdur. Ən vacib oyunlarımızdan birinə çıxacağıq. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik. Oyunumuzu göstərib Bakıya sərfəli nəticə ilə qayıtmaq əzmindəyik". 
- Şimali İrlandiya ilə əvvəlki 2 oyunun hər ikisində iştirak etmisən. Bu, sənə əlavə motivasiya verir?
- Hər 2 oyun keçmişdə qalıb. O vaxtkı Şimali İrlandiya komandası ilə indiki arasında fərq çoxdur. İndiki Şimali İrlandiya yığması daha güclüdür. Avropa çempionatının qrup mərhələsindəki çıxışı və pley-offa adlaması komandanın səviyyəsindən xəbər verir. Bizim komanda da əvvəlki deyil, xeyli dəyişib. Motivasiyaya gəlincə, məndə həmişə var. Amma Şimali İrlandiya ilə əvvəlki 2 oyun mənə hansısa əlavə ruh yüksəkliyi vermir.


Digər xəbərlər

Xəbər xətti