Millimiz darmadağın oldu- YENİLƏNİB

01:40 12 Noyabr 2016

Bu gün DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında IV tura start veriləcək. 


Sportarena.az xəbər verir ki, IV tur çərçivəsində milli komandamız da növbəti oyununu keçirəcək. Yığmamız Şimali İrlandiya millisinin qonağı olacaq. 


Mərhələyə uğurlu start verib, 3 oyuna 7 xal toplayan və qapısını toxunulmaz saxlayan Robert Prosineçkinin komandası bu oyuna da ciddi hazırlaşıb. Ş.İrlandiya səfərindən xal və ya xallarla dönmək niyyətində olan milli komandamızı bu gün çətin oyun gözləyir.


DÇ-2018-in seçmə mərhələsi
IV tur
11 noyabr
C qrupu
23:45. Şimali İrlandiya - Azərbaycan 4:0

Qollar: Lafferti, 27 (1:0), MkAuley, 40 (2:0) MkLauhlin, 66 (3:0), Brunt, 83 (4:0)

Baş hakim: Klemen Topren
Yan xətt hakimləri: Nikolas Danos, Siril Qrinqor
Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)
Belfast. “Uindzor Park” stadionu


Xəbər xətti