Millimizin oynayacağı stadionda problem - FOTOLAR

14:09 11 Noyabr 2016

Bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya – Azərbaycan oyununun keçiriləcəyi "Vindsor Park"ın ot örtüyü yaxşı vəziyyətdə deyil. 


Sportarena.az xəbər verir ki, bir neçə gün əvvəl aylıq normadan artıq düşən yağıntı ot örtüyünü korlayıb. Stadionun əməkdaşı yağış yağacağı təqdirdə qazonun daha da bərbad hala düşəcəyini bildirib. Noyabr ayı üçün qazonun hazırkı vəziyyətini normal hesab edən həmin şəxs yağışdan başqa komandaların oyunöncəsi məşqlərinin də ot örtüyünə təsirsiz ötüşməyəcəyini bildirdi.


Digər xəbərlər

Xəbər xətti