"Sumqayıt"da 2 yeni futbolçu

15:56 11 Noyabr 2016

Azərbaycan Premyer Liqasının növbəti turunda "Neftçi" ilə qarşılaşacaq "Sumqayıt" Futbol Klubu fasiləsiz olaraq hazırlığını davam etdirir. 


Sportarena.az xəbər verir ki, komanda bu gün səhər saatlarında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Yusif Nəbiyev və Xəyal Nəcəfov U-21 millisinin düşərgəsində olduğu üçün hazırlıqda iştirak etməyib. Əvəzedicilərdən isə 2 futbolçu - Orxan Məsdanov və Tural Bayramlı əsas komandaya qatılıb.


Xatırladaq ki, Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "Sumqayıt" Futbol Klubu noyabrın 13-də "İnter"lə səfərdə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 15:30-da "İnter Arena" staionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti