"Zirə" 6 qolla qalib gəldi

18:11 12 Noyabr 2016

Milli komandanın oyunu ilə əlaqədar yaranan fasilədə "Zirə" klubu yoxlama oyununda qüvvəsini sınayıb. 


Sportarena.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda əsas komanda əvəzedici heyətlə üz-üzə gəlib. Matç əsas komandanın 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. 


İlk yarıda Sezar Meza Kolli və Adil Nağıyev fərqləndilər. Fasilədən az sonra Cavid Tağıyev əsas komandanın üstünlüyünü üç topa çatdırıb. Bundan sonra daha üç qol vurulub. Nurlan Novruzov dubla imza atdıqdan sonra Yasin Həmid də fərqlənib.


Xəbər xətti