Bundesliqa klubunda yeni baş məşqçi

21:49 12 Noyabr 2016

"İnqolştad" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 
Sportarena.az xəbər verir ki, komandanın uğursuz nəticələrinə görə istefaya göndərilən Markus Kauçinskinin yerinə Mayk Valpurgis təyin olunub.
 

43 yaşlı alman məşqçi Bundesliqa təmsilçisi ilə 2018-ci ilin yayına qədər müqavilə bağlayıb.
 
Qeyd edək ki, 10 turdan sonra aktivində 2 xalı olan "İnqolştad" turnir cədvəlinin 17-ci pilləsində qərar tutub.   


Digər xəbərlər

Xəbər xətti