Azərbaycan cüdoçusu Avropa birinciliyinin bürünc medalını qazandı

Sportarena.az      12 Noyabr 2018, 22:46

İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa birinciliyində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov bürünc medal uğrunda görüşdə slovakiyalı Peter Jilkanı məğlub edərək bürünc medal qazanıb.

Bu gün yarışan digər cüdoçularımız Rüfət İsmayılov, Cəlil Şükürov və Vasif Şərbətli birinciliyi medalsız başa vurublar.

Qeyd edək ki, ilk gün cüdoçumuz Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin