Benzema Türkiyədə

01:08 13 Noyabr 2016

"Real Madrid"in dünyaca məşhur ulduz futbolçusu Kərim Benzema İstanbula gəlib. 

Gecə saatlarında Madriddən İstanbula gələn Benzemanı Atatürk hava lımanında menecer Ümid Akbulut qarşılayıb.

Hava limanında olan futbolsevərlərin isti münasibəti ilə qarşılaşan Mərakeş əsilli fransız ulduz futbolçu pərəstişkarlarının şəkil çəkdirmək istəklərinə etiraz etməyib.

Məşhur hücumçu daha sonra onu gözləyən özəl avtomobilə minərək hava limanından ayrılıb.

"Real Madrid"in ulduz futbolçunun böyük bir şirkətlə ortaqlıq razılaşmasına imza atmaq üçün İstanbula gəldiyi açıqlanıb.

Milli.az


Digər xəbərlər

Xəbər xətti