"Barselona" onun üçün sərvət ödəyəcək

01:30 13 Noyabr 2016

Kataloniya klubu "Liverpul"dan Koutinyonu heyətinə qatmaq istəyir.

24 yaşlı futbolçunun Neymarla birlikdə Braziliyanın Argentinaya qarşı keçirdiyi matçdakı parlaq oyunu "Barselona"nın diqqətini çəkib. İddiaya görə, İspaniya klubu Koutinyo üçün "Liverpul"a 65 milyon funts-sterlinq (təxminən 138 milyon manat) ödəmək niyyətindədi.

Qeyd edək ki, "Liverpul" Koutinyonu 2013-cü ildə "İnter"dən 13 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 35 milyon avro qiymət qoyub. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqa klubunun heyətində indiyədək 157 rəsmi oyuna çıxıb və 34 qol vurub. (fanat.az)


Xəbər xətti