"Neftçi" əvəzedici komandaya uduzdu

11:10 13 Noyabr 2016

"Neftçi”nin əsas və əvəzedici komandaları arasında yoxlama oyunu keçirilib.
 

Sportarena.az xəbər verir ki, İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutmuş görüş əvəzedicilərin 3:2 hesablı qələbəsi ilə nəticələnib.
 

Əsas komandanın qollarını Jonas Pessalli və İbrahim Əliyev vurublar. Əvəzedicilərdən isə Əli Şirinov, Kənan Mirzəliyev və Bahadur Həziyev fərqlənib.


Digər xəbərlər

Xəbər xətti