Levandovski ölümdən döndü - VİDEO

13:15 13 Noyabr 2016

2018-ci il dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin IV turunda Rumıniya və Polşa komandaları arasında keçirilmiş görüşdə qonaqların futbolçusu Robert Levandovski təhlükə ilə üzləşib.


Sportarena.az xəbər verir ki, hücumçunun olduğu yerə fişəng atılıb.


Levandovski oyunun 54-cü dəqiqəsində baş hakimə yerə atılan fişəngi göstərən zaman kiçik partlayış olub və futbolçu yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra forvard oyuna qoşula bilib.


Qeyd edək ki, Polşanın 3:0 hesablıqələbəsi ilə başa çatan matçda Levandovski dubl edib.


Digər xəbərlər

Xəbər xətti