"Trabzonspor" hücum xəttini gücləndirir

13:36 13 Noyabr 2016

Trabzon təmsilçisi "Rizəspor"un forvardı Leonard Kueukeni qışda transfer etməyi düşünür.
 

30 yaşlı kamerunlu hücumçu 2013-cü ildən şərəfini qoruduğu Rizə təmsilçisində 69 oyunda 32 qola imza atıb, 9 məhsuldar ötürmə edib.
 

Cari mövsümdə Dame N Doye, Muhammet Demir, Hjun-Jun Suk və Ramil Şeydayevin qol susqunluğu yeni hücumçu transferinə təkan verən amildir.
 

Hazırda "Trabzonspor” Türkiyə Superliqasında 11 xalla 13-cü yerdədir. Şeydayev bu yaydan çıxış etdiyi "Trabzonspor"da Superliqada hələ debüt etməyib. 21 yaşlı hücumçu ölkə kubokunda 2 oyun keçirib və 1 qol vurub.


Xəbər xətti