"Mançester Yunayted" iki müdafiəçi transfer edir

15:40 13 Noyabr 2016

"Mançester Yunayted" müdafiənin mərkəzini gücləndirmək niyyətindədir.


Sportarena.az xəbər verir ki, "qırmızı şeytanlar" qış transfer dövründə "Benfika"nın futbolçusu Viktor Lindelof və "Atletiko"nun futbolçusu Xose Ximenesi heyətə cəlb etməyə çalışacaq. 


Sözügedən futbolçular ilə "Çelsi", "Napoli", "Yuventus" və PSJ klubları da yaxından maraqlanır.


Qeyd edək ki, Viktor Lindelofun "Benfika" ilə 2020-ci ilədək müqaviləsi var. Lissabon klubu 22 yaşlı isveçli müdafiəçiyə 30 milyon avro qiymət qoyub.


Digər xəbərlər

Xəbər xətti