Mxitaryan "Borussiya"ya gedir?

16:59 13 Noyabr 2016

"Mançester Yunayted"in erməni futbolçusu Henrix Mxitaryan Dortmund "Borussiya"sına keçə bilər.


Sportarena.az "goal.com"a istinadən xəbər verir ki, Almaniya klubu futbolçunu icarə əsasında komandaya cəlb etmək niyyətindədir. "Qırmızı şeytanlar"ın da bu transferə əngəl olmayacağı gözlənilir. Belə ki, cari mövsüm Premyer Liqada yalnız bir oyunda meydana çıxan erməni futbolçu hələ də Joze  Mourinyonun etimadını qazana bilməyib.


Xəbər xətti