Droqba futboldan getmir

21:56 13 Noyabr 2016

Hal-hazırda "Montreal"ın şərəfini qoruyan Didye Droqba futbolçu karyerası ilə bağlı açıqlama verib.


Sportarena.az xəbər verir ki, ABŞ klubu ilə müqaviləsi dekabrda başa çatacaq 38 yaşlı oyunçu futboldan getməyi düşünmədiyini deyib:


"Yaşıl meydanlarda futbol oynamağa davam etmək istəyirəm. Futbol oynayarkən özümü uşaq kimi hiss edirəm".


Qeyd edək ki, D.Droqba bu mövsüm MLS liqasında  25 oyuna 11 qol vurub, 6 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti