Dünyada futbolçulara ən çox maaş verən klublar

22:44 13 Noyabr 2016

Dünyada futbolçularına ən yüksək maaş verən klubların adları açıqlanıb.
Siyahıda ilk pilləni “Mançester Yunayted” tutur. Bu komandanın bir futbolçusunun illik maaşı orta hesabla 5,77 milyon funt-sterlinq (həftəlik 110 min funt) təşkil edir.
“Barselona” ikinci (5,65 milyon), “Mançester Siti” üçüncü (5, 42 milyon) yeri tutur.
İlk onluğa həmçinin bu klublar da düşüb: “Real” (5,05 milyon), “Çelsi” (4,51 milyon), PSJ (4,47 milyon), “Bavariya” (4, 16 milyon), “Yuventus” (3, 97 milyon), “Arsenal” (3,7 milyon) və “Liverpul” (3,1 milyon).


Digər xəbərlər

Xəbər xətti