Mourinyo "Real"ın futbolçusunu istəyir

01:38 14 Noyabr 2016

“Real” Madridlə müqaviləsi yayda bitəcək Pepe ilə “Mançester Yunayted” klubu yaxından maraqlanır.  Müdafiənin oyunundan o qədər də razı olmayan Joze Mourinyo rəhbərlikdən qış transfer pəncərəsində Pepenin transfer edilməsini istəyib. 33 yaşlı portuqal müdafiəçi ilə “kral klubu” hələ ki yeni bir müqavilə imzalamayıb. “Marca”nın yaydığı məlumata görə, futbolçu özü 36 yaşına kimi “Real” Madriddə oynamaq istədiyini bildirsə də, bu istəyinin reallaşacağına tam əmin olmadığını da söyləyib. Bu vəziyyətdən istifadə etməyə çalışan Mourinyo isə Pepeni Mançesterə gətirməyi planlayır.


Digər xəbərlər

Xəbər xətti