"İnter" Türkiyəyə gedir

12:36 14 Noyabr 2016

Bakının "İnter”  klubunun qış fasiləsi üçün planları müəyyənləşib.
 

Sportarena.az xəbər verir ki, "bankirlər” qış fasiləsi zamanı Türkiyədə hazırlıq keçəcək. Əldə etdiyimiz məlumata görə, paytaxt təmsilçisi yanvarın ilk günlərindən qonşu ölkəyə yola düşəcək və 20 gün ərzində təlim-məşq toplanışı keçəcək. Ancaq "İnter”in Türkiyənin hansı bölgəsinə səfər edəcəyi müəyyənləşməyib. Bu barədə hazırda danışıqlar gedir. 
 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında qış fasiləsi dekabrın ortalarında başlayacaq və yanvar ayının sonuna qədər davam edəcək.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti