"Qarabağ"dan ayrılan futbolçu Tayland klubunda

14:33 14 Noyabr 2016

Mövsümün əvvəllərində "Qarabağ"dan ayrılan Əl Hərbi Əl Jadeuinin yeni klubu müəyyənləşib.


Sportarena.az xəbər verir ki,  30 yaşlı yarımmüdafiəçi karyerasını Taylandda davam etdirəcək. Belə ki, futbolçi Tayland Premyer  Liqasıda çıxış edən "Ratçaburi" klubu ilə 1 illik müqavilə imzalayıb.


O, 2015-ci ildə "Lans"dan "Qarabağ"a transfer olunmuşdu. Futbolçu "Qarabağ"ın əsas heyətinə düşmək şansı qazanmadığı üçün komandadan ayrılmağa qərar vermişdi. 


Qeyd edək ki, Tayland Premyer Liqasında çıxış edən "Ratçaburi" 30 turdan sonra 49 xal toplayaraq, 18 komanda arasında 6-cı yerdə qərarlaşıb.


Xəbər xətti