AFFA-da fövqəladə iclas: Elxan Məmmədovla bağlı yeni qərar verildi

15:13 14 Noyabr 2016

AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

 
Sportarena.az xəbər verir ki, İclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, 1-ci vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər. Aparılmış müzakirələrən sonra aşağıdakı qərarlar qəbul edilib:
 

1. Nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunsun. 
2. AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilsin. Konfransın dəqiq tarixinin müəyyənləşdirilməsi baş katibliyə həvalə olunsun.
3. AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülsün.


Xəbər xətti