Ronaldo Müller və Kinə çatdı

21:07 14 Noyabr 2016

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Avropa yığmalarının bombardirlər siyahısında 4-cü pilləyə yüksəlib.

DÇ-2018-in seçmə mərhələsində Latviya ilə oyunda dubla imza ataraq  qolların sayını 68-ə yüksəldən portuqaliyalı hücumçu bu göstəricidə Gerd Müller və Robbi Kinə çatıb.

Qeyd edək ki, Avropa yığmalarının bombardirlər siyahısına 84 qolla Ferens Puşkaş başçılıq edir. Koçiş 75 qolla 2-ci, Miroslav Kloze 71 qolla 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti