Messi "Barselona"dan gedir

23:30 14 Noyabr 2016

"Barselona"nın əsas futbolçularından olan Lionel Messi komandadan ayrıla bilər. Argentinalı hücumçu 2018-ci ildə Kataloniya klubunu tərk edə bilər. 2018-ci ilin yayında La Liqa klubu ilə müqaviləsi başa çatacaq olan ulduz futbolçu yeni sözləşmə ilə bağlı rəhbərliklə razılıq əldə etməyib.
  29 yaşlı hücumçu komandası ilə yeni müqavilə imzalamamaqla bağlı qərar qəbul edib. O, bu qərarını "Barselona"nın prezidenti Xosep Maria Bartomeuya da bildirib. Bartomeu yeni müqaviləylə bağlı Leoya 2 dəfə düşünmək üçün vaxt verib. Əgər razılıq əldə olunmasa Messi 2018/2019-cu il mövsümündən etibarən başqa klubun formasını geyə bilər. 
 
13 yaşından "Barselona"da çıxış edən "tanqoçu" 17 yaşında əsas komandada debüt edib. Messi bu zaman ərzində 7 La Liqa çempionluğu, 4 Çempionlar Liqası, 6 dəfə isə İspaniya "Kral Kuboku"nu qazanıb.


Digər xəbərlər

Xəbər xətti