Dino Ndlovu istəyinə çatdı: Millinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldı

10:58 15 Noyabr 2016

CAR millisinin baş məşqçisi Efraim Maşaba vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb. 


Sportarena.az  xəbər verir ki, bu barədə federasiyanın mətbuat katibliyi məlumat yayıb. Məlumata görə, Maşaba DÇ-2018-in seçmə mərhələsində Seneqalla (2:1) oyundan sonra federasiya rəhbərliyini tənqid etdiyi üçün cəzalanıb. 


Onun yoxluğunda millini Ouen da Qama çalışdıracaq. Mozambikə qarşı keçiriləcək yoxlama oyununda CAR yığmasını məhz o meydana çıxaracaq. 


Hələlik Maşabanın vəzifəsindən hansı müddətə uzaqlaşdırıldığı məlum deyil. 


Xatırladaq ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovu Efraim Maşabadan narazılıq edib. Afrikalı futbolçu yaxşı formada olmasına baxmayaraq, milliyə dəvət edilmədiyini deyib və buna görə baş məşqçini günahlandırıb: "Hamı bilsin, nə qədər ki, o, komandanın baş məşqçisidir, milliyə dəvət alsam da, getməyəcəyəm".


Digər xəbərlər

Xəbər xətti