Güləşçilərimiz "Day of Children" beynəlxalq turnirində iştirak edəcək

18:12 15 Noyabr 2016

17-18 noyabr 2016-cı il tarixdə İran İslam Respublikasının İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of Children" beynəlxalq turniri keçiriləcək. 


Sportarena.az xəbər verir ki, məşqçilər Elşad Allahverdiyev və Ruslan Şəmilovun rəhbərliyi altında 9 sərbəst güləşçimiz qonşu ölkəyə yollanacaq. Heyətdə Mircavad Nəbiyev (35 kq), Riyad Aslanov (38 kq), Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (47 kq), Məhəmməd Əhmədov (53 kq), Əşrəf Aşirov (59 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov (73 kq) və Fuad Mailov (85 kq) yer alıb. 


Yunan-Roma güləşçiləri böyük məşqçi Əfsər Namazəliyev və məşqçi Fuad Alıyevin rəhbərliyi altında yarışa qatılacaq. Heyətdə 10 güləşçi yer alıb. Səbuhi Yunusov (32 kq), Rəşad Məmmədov (35 kq), Tural Mehdiyev (38 kq), Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (47 kq), Murad Əhmədəliyev (53 kq), Vəfadar Cəfərov (59 kq), Ruslan Hədisov (66 kq), Elxan Rəfiyev (73 kq) və Murad Şahrayev (85 kq) ölkəmizi təmsil edəcək. 


Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev iştirak edəcək. 


Digər xəbərlər

Xəbər xətti