İtaliya – Almaniya oyununda videotəkrardan istifadə olunacaq

18:56 15 Noyabr 2016

İtaliya və Almaniya milliləri arasında bu gün keçiriləcək yoldaşlıq oyununun gedişatında hakimlər üçün videotəkrardan istifadə ediləcək.


Videotəkrardan  qol, penalti, qırmızı vərəqə epizodlarında istifadə olunacaq.


Həmin epzodlarda mübahisəli vəziyyət yarandığı zaman baş hakimin iki köməkçisi epizodun təkrarına baxaraq qərar verəcək. Qarşılaşmanın baş hakimi isə videotəkrara baxa bilməz.
 

Qeyd edək ki, Milanda keçiriləcək İtaliya – Almaniya matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq//qol.az


Digər xəbərlər

Xəbər xətti