Millimizin hücumçusunun durumuna aydınlıq gəldi

11:53 16 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XII turunda AZAL-ı qəbul edəcək “İnter”in daha bir futbolçusunun xidmətindən məhrum qalacağı müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, söhbət hücumçu Rauf Əliyevdən gedir.
 

Çempionatın X turunda “Sumqayıt”la qarşılaşmada zədələnən və bu üzdən millidən kənarda qalan Əliyev hələ bir müddət “bankirlər”ə kömək edə bilməyəcək. Hələlik yalnız trenajor zalda fərdi hazırlıqla kifayətlənən forvard ən yaxşı halda bu ayın sonlarında məşqlərə başlaya biləcək. Bu isə o deməkdi ki, 27 yaşlı futbolçu AZAL-la yanaşı, “Zirə” ilə qarşılaşmanı da buraxacaq.
 

Qeyd edək ki, “İnter”də Zurab Xizanişvili, Nizami Hacıyev və Ağabala Ramazanov isə 4 sarı vərəqə limitini doldurduqları üçün noyabrın 20-dəki AZAL-la görüşü buraxacaqlar.(Apasport)


Digər xəbərlər

Xəbər xətti