"Xəzər Lənkəran"ın sabiq futbolçusu Azərbaycan klubunda!

12:30 16 Noyabr 2016

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Sadio Tounkara yenidən Azərbaycan Premyer Liqasında oynayacaq.


Sportarena.az xəbər verir ki, 24 yaşlı malili yarımmüdafiəçi AZAL-la müqavilə bağlamağa hazırlaşır. Klubun mətbuat xidmətindən qol.az-a verilən açıqlamada məlumatı təsdiqləyiblər.


Hazırda viza məsələsinin həlli ilə məşğul olan Sadio Tounkaranın gələn həftə AZAL-ın düşərgəsinə qoşulacağı gözlənilir.


Xatırladaq ki, Tounkara 2012-2015-ci illərdə "Xəzər Lənkəran"da oynayıb


Digər xəbərlər

Xəbər xətti