Millimizin rəqibi baş məşqçisi ilə vidalaşdı

14:57 16 Noyabr 2016

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo istefa verib.


Sportarena.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının saytı məlumat yayıb.

Məlumata görə, 57 yaşlı mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləni ləğv edib. 


Qeyd edək ki, o, 2013-cü ildən Norveç millisini çalışdırırdı.


Xəbər xətti