Qurbanov və Qriqorçuk dünya reytinqində irəlilədi

16:29 16 Noyabr 2016

"World Coach Ranking" saytı dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısını hazırlayıb.


Sportarena.az xəbər verir ki, siyahıda ölkəmizdən iki baş məşqçinin də adı yer alıb. 


"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov ötən həftəyə nisbətən siyahıda sıçrayış edib. Belə ki, aktivində 1361 xalı olan baş məşqçi 6 pillə irəliləyərək, 467-ci yerdə qərarlaşıb.


"Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk isə 12 pillə irəliləyərək 969 xalla 595-ci olub.


Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Luis Enrike başçılıq edir. Dieqo Simeone ("Atletiko")  ikinci,  Zinəddin Zidan ("Real") isə üçüncüdür. 


Xəbər xətti