Lionel Messi: "Mətbuatla danışmamaq qərarına gəldik"

18:14 16 Noyabr 2016

Argentina milli yığmasının hücumçusu Lionel Messi komandanın oyunçularının bir də jurnalistlərlə danışmayacağını bildirib.


Sportarena.az xəbər verir ki, Argentina yığmasının Kolumbiya yığması ilə görüşündən sonra "Mitre" radiosunun əməkdaşı Qabriel Anelyo hücumçu Esekiel Lavessini oyundan qabaq marixuana çəkməkdə günahlandırmışdı.


Bu hadisədən sonra yığmanın oyunçuları mətbuat nümayəndələri ilə bir daha danışmamaq qərarına gəliblər. "Bizim ünvanımıza çox ciddi ittihamlar səsləndirildi. Əgər bunun qarşısını indi almasaq, sonra bu mümkün olmayacaq. Bizi öldürməyə davam edəcəklər. Təəssüf ki, başqa çıxış yolu yoxdur", - deyə Messi bildirib.


Xəbər xətti