Əfsanəvi qapıçı millidən getdi

21:48 16 Noyabr 2016

Macarıstan yığmasının qapıçısı Qabor Kiray millidəki karyerasını başa vurub.

 

40 yaşlı qolkiper bu gün İsveçlə yoxlama matçında millidəki son oyununu keçirib.

 

1998-ci ildən Macarsıtan millisində 108 oyunda çıxan Kiray yığmada ən çox oyun keçirən futbolçudur. 
 

Qeyd edək ki, "Avro-2016"da iştirak edən Q.Kiray Avropa çempionatlarının final tarixinin ən yaşlı futbolçusu olub. O, hazırda Macarıstanın "Haladaş" klubunda çıxış edir.


Digər xəbərlər

Xəbər xətti