"Təəssüf ki, məni "Real" və "Barselona"ya buraxmadılar"

23:31 16 Noyabr 2016

“Hər bir futbolçu “Real”da oynamaq istəyər. Təəsüf ki, klubum məni “Real” və “Barselona”ya buraxmadı”. Bu sözləri İtaliya millisinin sabiq üzvü Andrea Pirlo deyib.

O, “Milan”da oyanayarkən Madrid “Real”ından təklif aldığını bildirib:
“Milan”da oynadığm 10 il ərzində bütün titulları qazanmışam. Biz Avropanın ən güclü komandalarından biri idik. “Real” və “Barselon”dan təklif alsam da, “Milan” məni buraxmadı”.

Qeyd edək ki, “İnter”, “Milan” və “Yuventus”un sabiq futbolçusu hazırda ABŞ-ın “Nyu York Siti” klubunda çıxış edir.


Digər xəbərlər

Xəbər xətti