"Barselona"dan 200 milyonluq müqavilə

00:51 17 Noyabr 2016

"Barselona"nın yeni sponsorunun adına aydınlıq gəlib.

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Alibaba Group"la anlaşmayıb.
 
Gələn mövsümdən etibarən klubun baş sponsoru Yaponiyanın bir başqa şirkəti "Rakuten" olacaq. İnternet vasitəsilə alış-veriş işləri ilə məşğul olan "Rakuten" də bu məlumatı rəsmi saytı vasitəsilə təsdiqləyib. Öz sahəsində dünyanın ən böyük şirkətlərindən olan "Rakuten" qarşıdakı 4 mövsümdə İspaniya nəhəngi ilə çalışacaq.
 
Anlaşmaya əsasən, "Barsa" bu sponsordan ilinə 50-60 milyon avroluq gəlir əldə edəcək.


Digər xəbərlər

Xəbər xətti