"Qəbələ" "Zirə" ilə oyuna ciddi itki ilə çıxacaq

13:33 17 Noyabr 2016

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində "Zirə"ni qəbul edəcək "Qəbələ" klubu bu oyuna itki ilə çıxacaq.


Sportarena.az xəbər verir ki, komanda bu görüşdə Sergey Zenyovun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb futbolçunun millinin düşərgəsində zədələnməsidir.
 

Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı noyabrın 19-u, saat 15:00-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti