Bakı "İnter"ində ciddi itkilər

14:58 17 Noyabr 2016

Bakının “İnter” klubu Azərbaycan Premyer Liqanın 12-ci turunda AZAL-la oyuna ciddi itkilərlə çıxacaq.


Sportarena.az xəbər verir ki, komandanın aparıcı üzvləri Nizami Hacıyev, Zurab Xizanaşvili və Ağabala Ramazanov cəzalı durumda olduqlarından növbəti oyunu buraxmalı olacaqlar. 


Zədəli Rauf Əliyev də sözügedən oyuna qədər hazır olmayacaq.


Qeyd edək ki, “İnter” – AZAL oyunu noyabrın 20-də keçiriləcək. (qol.az)


Digər xəbərlər

Xəbər xətti