"Kəpəz" ölkə xaricinə getməyəcək

16:10 17 Noyabr 2016

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev qış fasiləsi ilə bağlı hazırlıq planlarını açıqlayıb. 


Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəsis azerisport.az saytına açıqlamasında ölkə xaricinə getməyəcəklərini bildirib.

"10 günlük təlim-məşq toplanışı planlaşdırırıq. Öncə Gürcüstana yollanmağı planlaşdırmışdıq. Amma orada sınaqçı-rəqib tapmaq baxımından problemlə üzləşdik.  Ona görə də Bakıda qalmağa qərar verdik. Çempionatdakı fasilə elə də uzun olmayacaq. Bunu, eyni zamanda maliyyə imkanlarımızın elə də geniş olmadığını nəzərə alıb, belə bir qərar qəbul etdik. Burada yoxlama oyunu keçirmək üçün rəqib tapmaq çətinlik çəkəcəyimizi düşünmürəm. Çünki klubların hamısı Türkiyəyə getməyəcək. Üstəlik, Birinci Divizion klubları ilə də qarşılaşmaq imkanımız olacaq".


Digər xəbərlər

Xəbər xətti