İngilislər Azərbaycanın U-19 liqasından imtina etdilər

18:19 17 Noyabr 2016

İngiltərənin “bet365” və “sportingbet” bukmeker kontorları Azərbaycanın U-19 liqasının oyunlarını qəbul etməkdən imtina edib.

 
Sportarena.az  xəbər verir ki, buna səbəb sözügedən liqada oyunların əksəriyyətinin nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsinə dair şübhələrin olmasıdı.


“Bet365” və “sportingbet” kontorları əvvəlcə U-19 liqasında çıxış edən “Vətən” adlı komandanın oyunlarından imtina edib. “Vətən” öz oyunlarında hər dəfə böyük əmsal udduğundan, kontorlar şübhələniblər və nəticədə bu komandanı necə deyərlər, siyahıdan siliblər.
 

Ötən həftədən etibarən isə “bet365” və “sportingbet” kontorları ümumiyyətlə, Azərbaycanın U-19 liqasını öz siyahılarından siliblər.
 

Azərbaycan futbolunda çempionat, liqa oyunlarının qumara qoyulduğuna dair böyük şübhələr var. Amma AFFA və PFL rəhbərliyi açıqlamalarında bununla bağlı əllərində heç bir fakt olmadığını bildirirlər. UEFA isə artıq bir neçə dəfə AFFA-ya danışılmış oyunlarla bağlı xəbərdarlıq edib. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti