Cerrard "Liverpul"a qayıdır

22:19 17 Noyabr 2016

"Los Anceles Qalaksi"dən ayrılan Stiven Cerrard sabiq klubu "Liverpul"a qayıtmağa hazırlaşır. Futbolçu karyerasını bitirməyi düşünən 36 yaşlı oyunçu İngiltərə klubu ilə danışıqlar aparır. Danışıqlar müsbət nəticələnsə, S.Cerardın klubun akademiyasında məşqçi kimi çalışacağı gözlənilir.

Qeyd edək ki, S.Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib.


Xəbər xətti