Beylə görə dünyanın ən yaxşısı Ronaldo deyil - bəs kimdir?

00:51 18 Noyabr 2016

“Real”ın futbolçusu Qaret Beyl maraqlı açıqlama verib.
Uels millisinin üzvü birlikdə oynadığı ən yaxşı futbolçunun adını açıqlayıb.

O, bu futbolçunun millidə sabiq komanda yoldaşı olan Rayan Qiqqz olduğunu deyib:

“Eyni komandada oynadığım ən yaxşı futbolçu Rayan Giqqzdi. O, mənim uşaqlığımın qəhrəmanıdır və futbol əfsanəsidir”.

Maraqlıdır ki, Beyl “Real”da komanda yoldaşı olan Kriştiano Ronaldonun adını çəkməyib.


Xəbər xətti