"Qarabağ"la oyundan sonra "Çelsi"yə keçə bilər

10:31 18 Noyabr 2016

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Fiorentina" qış fasiləsində aparıcı futbolçularından birini itirə bilər.

Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Milan Badelj Avropanın bir neçə tanınmış klubundan təklif alıb.

"Milan", "Çelsi" və "İnter"dən sonra indi də "Atletiko" Xorvatiya millisinin üzvü üçün Florensiya klubunun qapısını döyüb. Adıçəkilən komandalar qış fasiləsində Badelji heyətlərinə qatmaqda israrlıdırlar. Hələlik ən ciddi təklif "Milan" və "Çelsi"dən gəlib. Son vaxtlar "zadəganlar"la oyunçu alış-verişində fəal iştirak edən "Fiorentina" Badelji 12 milyon avro qarşılığında ingilis klubuna yollamağın əleyhinə deyil.
 
Badeljin hər hansı bir kluba keçidi baş tutsa, xorvatiyalının "Fiorentina" forması altında keçirdiyi son matçlardan biri məhz "Qarabağ"a qarşı ola bilər. Çünki "bənövşəyilər" Avroliqada qrup mərhələsinin son turu çərçivəsində dekabrın 8-də Bakıda Ağdam klubunun qonağı olacaq.
 
Qeyd edək ki, Milan Badelj "Fiorentina"ya 2014-cü ildə "Hamburq"dan keçib.


Digər xəbərlər

Xəbər xətti