Mahir Şükürov: "İnanıram ki, azarkeşlərimiz bizi tək qoymayacaqlar"

13:09 18 Noyabr 2016

“Neftçi” PFK-nın müdafiəçisi Mahir Şükürov klubun rəsmi saytına açıqlama verib. Təcrübəli futbolçu “Sumqayıt”la oyun ərəfəsində bunları bildirib:
“İnter”lə oyundakı qələbəmizin davamını gətirmək istəyirik. “Sumqayıt”a ilk dövrədə məğlub olmuşduq. Bu baxımdan bu qarşılaşmada azarkeşlərimizi sevindirmək isəyirik. Səfər oyunu olmasına baxmayaraq inanıram ki, onlar bizi tək qoymayacaqlar. Qış fasiləsinə qədər qalan oyunlarımızda maksimum xal toplamağa çalışacağıq”.
Xatırladaq ki, “Sumqayıt” – “Neftçi” oyunu noyabrın 20-də “Kapital Bank Arena”da keçiriləcək və saat 14:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti